Məşhur telekanallar Qətər Qran prisini getmir

26.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyaca populyar “Sky Sport Germany” və Canal+ telekanalları “Formula-1” üzrə Qətər Qran-prisini çəkiliş qrupları olmadan işıqlandıracaq.

İdman.Biz xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.

Bildirilib ki, “Sky Sport Germany” yayımı Münhendən, Fransanın Canal+ telekanalı isə Parisdən həyata keçirəcək.

Bu qərar Yaxın Şərqdəki qeyri-sabit vəziyyətlə əlaqədardır.

Bununla belə, Niderlandın Viaplay telekanalı mərhələni əvvəlki qaydada işıqlandıracaq. “Sky Sports F1” və “Sky Sport Italia” nümayəndələri də “Losail” avtodromunda çalışacaqlar.

Avstriyanın ServusTV telekanalı da paddokda təmsil olunmayacaq. “RacingNews365”in məlumatına görə, İspaniyanın DAZN platforması da əməkdaşlarını yarış trasına göndərməyə bilər.

Bəzi telekanalların mövsümün sonuncu mərhələsi olan Əbu-Dabi Qran-prisi ilə bağlı hansı qərarı verəcəyi isə hələlik məlum deyil. Gözlənilir ki, “Sky Sport Germany” mövsümün son yarışı üçün paddoka qayıdacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью