Məşhur tennisçi oyunu marixuana iyinə görə dayandırıb

05.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Böyük Dəbilqə” turnirlərinin dördqat çempionu, dünya reytinqində birinci olan Arina Sobolenko ABŞ Açıq Çempionatında (US Open) Özbəkistan təmsilçisi Kamilla Rəhimova ilə üçüncü tur matçını kortda güclü marixuana iyinə görə dayandırıb.

İdman.Biz xəbər verir ki, Arina Sobolenko bununla bağlı qüllədəki hakimə şikayətlənib.

“Kimsə marixuana çəkir. Bununla bağlı nəsə edə bilərsinizmi? Çünki iy çox güclüdür”, - deyə Sobolenko hakimə bildirib.

Sobolenko yarışın 1/4 finalına gedən yolda Diana Şnayder (Rusiya) – Teylor Taunsend (ABŞ) matçının qalibi ilə mübarizə aparacaq.

Qeyd edək ki, US Open avqustun 30-dan sentyabrın 12-dək keçirilir. Sobolenko yarışın hazırkı çempionudur.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью