Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiyalı tennisçi Novak Cokoviçin 2012-ci il Avstraliya Açıq Çempionatının finalında istifadə etdiyi raketka hərracda 540 000 dollara satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ESPN-in məlumat verib.
Bu qiymət bir tennis raketkası üçün bütün zamanların rekordudur. Əvvəlki rekord 2025-ci ildə, ispaniyalı Karlos Alkarazın 2023-cü il Uimbldon finalında Cokoviçlə qarşılaşmada istifadə etdiyi və 173 000 dollara satılmış raketkaya məxsus idi.
Xatırladaq ki, 2012-ci ilin finalında Cokoviç ispaniyalı Rafael Nadalı beş setlik matçda məğlub etmişdi.
Həmin final “Böyük dəbilqə” tarixinin ən uzun həlledici qarşılaşmasıdır. Həmin matç 5 saat 53 dəqiqə davam etmişdi.
Bizim.Media