Məşhur tikinti şirkətində çalışan usta binadan yıxılaraq ÖLDÜ

09.12.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.

Modern.az xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib. M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən usta Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью