Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Beniz" ləqəbli məşhur tiktoker həbs olunub.Adalet.az-ın məlumatına görə, bu gün 1987-cu il təvəllüdlü Xəlilova Aybəniz Səyyaf qızı barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib."Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.
Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.