Məşhur tiktoker ev dustağı olacaq

10.03.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Narkotiklə əlaqəli cinayət ittihamı ilə həbs edilən tiktoker Nurdan Yusifova ev dustaqlığına buraxılıb.

Axşam.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Nurdanının vəkili əvvəlcə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Amma vəsatət təmin edilməyib.

Cavid Hüseynin sədrlik etdiyi yuxarı instansiya məhkəməsi bu gün həmin qərarı ləğv edib.

Nurdan barəsində 2 ay əvvəl seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Xanım tiktoker məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nurdan polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı tədbirlər görməyə başladıqdan sonra həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью