Məşhur TikToker ölkədən qovuldu FOTO

08.06.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi məşhur TikToker Xabi Leymi saxlayıb.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, TikToker iyunun 6-da Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında müddəti bitmiş vizaya görə saxlanılıb.

Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.

Qeyd edək ki, TikTok-a görə, italyan blogger Leym 162 milyondan çox abunəçi ilə tətbiqdə ən çox izlənən şəxsdir.
Bundan əvvəl qəbul edilmiş qərara əsasən viza qaydalarını, hətta bilməyərəkdən pozan şəxslər ABŞ-dan heç bir güzəştsiz çıxarılır və onların ölkəyə girişi ömürlük qadağan olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью