Məşhur TikToker ölkədən qovuldu FOTO KONKRET

08.06.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi məşhur TikToker Xabi Leymi saxlayıb.

KONKERT.az Musavat.com-a istinadən xəbər verir ki, TikToker iyunun 6-da Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında müddəti bitmiş vizaya görə saxlanılıb.

Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.

Qeyd edək ki, TikTok-a görə, italyan blogger Leym 162 milyondan çox abunəçi ilə tətbiqdə ən çox izlənən şəxsdir.

Bundan əvvəl qəbul edilmiş qərara əsasən viza qaydalarını, hətta bilməyərəkdən pozan şəxslər ABŞ-dan heç bir güzəştsiz çıxarılır və onların ölkəyə girişi ömürlük qadağan olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью