Məşhur tiktokeri maşın vurdu

16.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Məşhur tiktoker və müğənni Daşa Doşiki (əsl adı Daria Perova-red.) avtomobil vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daşa özünün "Telegram" səhifəsində məlumat yayıb. Qeyd edilib ki, sürücü sərxoş olub.

Tiktoker küçəyə çıxıb və o, havasını dəyişmək üçün gəzinti planlaşdırırmış. Qəfl avtomobil onu vurub və sürücünün özündə olmaması aşkar görünüb. Məşhur bu insidentdən sonra maraqlı etirafı da dilə gətirib. O qeyd edib ki, hadisədən sonra əvvəllər ən sevimli cizgi filmi olan "Maşınlar"dan artıq nifrət etməyə başlayıb. pizza

"Çox kədərlidir. İndi heç vaxt sürücülük vəsiqəsi almayacağam, çünki maşınlardan qorxuram. Mən o cizgi filmini çox bəyənirdim axı...", - Tiktoker bildirib./Publika.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью