Məşhur turizm adasında vulkan aktivləşdi Dəhşətli hadisə təkrarlana bilər? | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yunanıstanın füsunkar adalarından biri olan və turistlər arasında populyar olan Santorini adasında vulkanik aktivliyin artdığı qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, hakimiyyət orqanları riskləri qiymətləndirmək üçün alimlər və xilasetmə xidmətləri ilə fövqəladə toplantı keçirib.
"The Independent" nəşrinin məlumatına görə, adanın kalderasında quraşdırılmış sensorlar "zəif seysmik-vulkanik aktivlik" qeydə alıb.
Bu, 2011-ci ildə baş verən və 14 ay davam edən aktivliklə oxşarlıq təşkil edir.
Həmin dövrdə fəlakət yaşanmasa da, alimlər bildirirlər ki, hazırkı dəyişikliklər kalderanın şimal hissəsində cəmlənib və mərkəzi çatlaq xəttinin aktivləşməsi ilə bağlıdır.
Rəsmi şəxslər bildirirlər ki, hazırda təşviş üçün əsas yoxdur, lakin vəziyyətin diqqətlə izlənməsi vacibdir.
Çünki Santorini təkcə ağ binaları, mavi günbəzləri və füsunkar mənzərələri ilə deyil, həm də qədim dövrlərin ən güclü vulkan püskürmələrindən birinin məkanı olması ilə tanınır.
Tam oxu
Xəbəri oxu