Məşhur turizm bölgəsində güclü yanğın

22.11.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Tanzaniyanın Zənzibar adasındakı Nunqvi kurortunda baş verən irimiqyaslı yanğın turizm obyektlərinə ciddi ziyan vurub. Hadisə nəticəsində yüzlərlə istirahətçi təhlükəsiz ərazilərə köçürülüb.

BAKU.WS xəbər verir ki, Hind okeanı sahilində başlayan alov qısa müddətdə yaxınlıqdakı hotellərə və digər obyektlərə keçib.

Yanğın zamanı altı yerləşmə obyekti zərər görüb. Onların arasında "Makofi Hotel", "Sandies Nungwi Beach", "Z Hotel", "Nungwi Garden Inn", "Pasha" və "Bravo Hotel" var.

Alov, həmçinin dörd restoranı və 40 ticarət obyektini tamamilə məhv edib.

Şahidlərin bildirdiyinə görə, bəzi hotellərdə dağıntılar nisbətən azdır və onların qısa müddətdə yenidən istifadəyə verilməsi mümkündür.

Hadisə ilə əlaqədar təxminən 200 turist təhlükəsiz yerə təxliyə olunub. Onlardan 183-ü yanğından daha çox zərər çəkmiş hotellərdə qaldığı üçün digər yerləşmə obyektlərinə köçürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью