Məşhur türk aktyoru azərbaycanlı anasını itirdi “Babam İrəvanda doğulub” ÖZƏL+AÇIQLAMA

18.01.2025

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur türkiyəli aktyor Hüseyn Avnı Danyala ağır itki üz verib. Belə ki, aktyorun anası Aysel Danyal dünyasını dəyişib.

Faktı Moderator.az-a təsdiqləyən məşhur bunları bildirib:

“Başsağlığınız üçün sizə təşəkkür edirəm. Bəli, anam bu gün günorta namazından sonra Ankaranın Karşıyaka məzarlığında torpağa tapşırılacaq. Əlbəttə ki, ağır gündür. Bütün dünyasını dəyişən valideynlərin ruhu şad olsun”.

Hüseyn Avni Danyalın anası ata tərəfdən azərbaycanlıdır:

“Anamın atası azərbaycanlıdır. İrəvanda doğulub. Daha sonra orada məlum hadisələrdən sonra köç edib, Karsa, Iğdıra gəlib. Mənim anam da Iğdırda doğulub. Daha sonra Trabzona gəliblər”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью