Məşhur türk aktyoru Serhat Kılıç vəfat edib

05.09.2026

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb.

“Sözcu” qəzeti xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib.

Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxil olub.

Özlem E. aktyoru qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın təcili yardım çağırıb. Hadisə yerinə polis və tibbi yardım qrupları göndərilib. Həkimlər aktyorun öldüyünü müəyyən ediblər.

Sevgilisinin sözlərinə görə, 51 yaşlı Serhat Kılıç limfa xərçəngindən əziyyət çəkirdi.

Polis aktyorun ölümü ilə bağlı araşdırmaya başlayıb. Ölüm səbəbinin ekspertiza nəticəsində müəyyənləşdiriləcəyi bildirilir.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью