Məşhur türk aktyorun vəkilinin ofisinə hücum edib DÖYDÜLƏR FOTO

18.03.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış aktyor Nejat İşlerin vəkili Göray Karadutun ofisinə hücum edilib. 

Milli.Az xəbər verir ki, avtomobil qəzası ilə bağlı sənəd hazırlatmaq istəyən ata və oğul  60 yaşlı vəkilin Bodrumdakı ofisinə gəliblər. Sənəd hazırlanarkən Karadutla həmin şəxslər arasında dava olub.

Ata ilə oğlu çölə çıxaraq əllərində odunla yenidən ofisə daxil olublar. Onlar vəkili döyüb ofisi isə dağıdıblar. 

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Vəkil Karadut dərhal xəstəxanaya gedərək döyülməsi ilə bağlı həkimdən kağız alıb. 

Daha sonra ata ilə oğul polislər tərəfindən saxlanılaraq ədliyyəyə göndəriliblər. 

Onların 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediləcəkləri açıqlanıb.  /BAKU.WS

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью