Məşhur türk müğənni qardaşı ilə birgə qəzaya düşdü Foto

05.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Türkiyənin tanınmış müğənnisi Sinan Özən Tokatdan İstanbula qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib.

Kult.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, sənətçi noyabrın 3-də Tokat şəhərində baş tutan konsert proqramından sonra evinə dönən zamanı avtomobili digər bir avtomobillə toqquşub.

Nəqliyyat vasitəsində onunla birlikdə həm də meneceri kimi çalışan qardaşı Hızır Özən də olub.

Hadisədən sonra H.Özen zərər görmüş avtomobillərin şəkillərini sosial şəbəkə hesabında paylaşaraq hər ikisinin vəziyyətinin yaxşı olduğunu və xəsarət almadıqlarını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью