Məşhur türk müğənni xəstəxanaya yerləşdirildi: vəziyyəti ağırdır

15.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin məşhur sənətçisi Ferdi Tayfur xəstəxanaya yerləşdirilib.

Modern.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

O, yaşadığı Muğla bölgəsinin Marmaris rayonunda təcili yardıma aparılıb. Tayfurun yüksək təzyiqlə xəstəxanaya müraciət etdiyi bildirilir.

79 yaşlı Tayfur xəstəxanaya təcili yardım maşını ilə gətirilib və özəl xəstəxanalardan birində reanimasiyada müalicə olunub.

Sənətçinin səhhətinin ağır olduğu qeyd edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью