Icma.az bildirir, Milli.az portalına istinadən.
Türk istehsal "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turgut son günlər yayılan iddialara cavab verib.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, Turgut açıqlamasında "Bəzi sosial media platformalarında serialımızın bitdiyi barədə xəbərlər davamlı olaraq gündəmə gətirilir. Bu xəbərlər doğru deyil. 5-ci mövsümün çəkilişləri avqustun 25-də başlayır. Sentyabrın 18-də ekranlarda olacağıq. Görüşənədək" deyə bildirib.
Beləliklə, prodüser serialın final edəcəyi ilə bağlı iddiaları təkzib edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)