Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə yayımlanan seriallardan ilk final xəbəri gəlib.
Hurriyyet.Media bildirir ki, “Doğanın Kanunu” serialı 13-cü bölümü ilə ekran macərasını başa vuracaq.
“Ay Yapım” imzalı layihə “Star TV” kanalında yayımlanır.
Baş rollarını Alperen Duymaz və Özge Yağızın canlandırdığı serialın yay mövsümündən sonra davam etməyəcəyi bildirilir. Layihənin final qərarının əsas səbəblərindən biri kimi reytinqlərdə gözlənilən nəticənin əldə olunmaması göstərilir.
Beləliklə, “Doğanın Kanunu” 13-cü bölümü ilə tamaşaçılara vida edəcək.