Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin “Star TV” kanalında yayımlanan “Tuzlu Kahve” serialında Azərbaycan milli rəqsinin təqdimat tərzi müzakirələrə səbəb olub.
“Bakupost” xəbər verir ki, serialın bölümlərindən birində Azərbaycan rəqsinin xoşagəlməz formada təqdim edildiyi bildirilir.
Sözügedən səhnə sosial şəbəkələrdə azərbaycanlıların sərt reaksiyası ilə qarşılanıb. İstifadəçilər milli rəqsimizin bu cür təqdim edilməsini ələ salmaq kimi qiymətləndiriblər.
Xüsusilə iki qardaş ölkə arasındakı münasibətlərin həssas olduğu bir vaxtda belə təqdimatın yolverilməz olduğunu vurğulanıb.
Həmin görüntüləri təqdim edirik: