Məşhur türkiyəli aktyor dünyasını dəyişib

16.10.2025

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu barədə "Instagram"da "Kim Seslendirdi" səhifəsi onun oğlu Məmməd Gözəlbəyoğluna istinadən məlumat yayıb. Bildirilib ki, aktyor bu gün səhər saatlarında vəfat edib.
Arif Ərkin Gözəlbəyoğlu 1935-ci ilin 11 sentyabrında Türkiyənin Qaziantep şəhərində dünyaya gəlib. Sənət həyatına 1950-ci ildə teatrda başlayıb. Eyni zamanda, ixtisasca həm memar, həm də musiqiçi idi. Bir çox tamaşada, filmdə, habelə "İkinci bahar", "Yabancı damat", "Bəyaz mələk", "Möhtəşəm yüz il" və s. seriallarda aktyor oyunu ilə yanaşı "Ümid", "Karakolda ayna var", "Bir milyarda uşaq", "Bizimkilər", "Yaylaqçılar", "Oğlum adam olacaq", "Sayğılar bizdən" kimi ekran işləri üçün musiqilər də yazıb.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью