Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb

19.09.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris-2024 Olimpiya Oyunlarında çıxışı ilə dünya şöhrəti qazanan türkiyəli atıcı Yusuf Dikeç karyerasında yeni addım atıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o yerli silah istehsalçısı Derya Arms şirkətində məsləhətçi kimi fəaliyyətə başlayıb.

25 ildən çox təcrübəyə malik Dikeç yeni nəsil yarışma və müdafiə silahlarının hazırlanmasına töhfə verəcək.

Əməkdaşlıq çərçivəsində yerli anti-dron tüfəngi layihəsinin də həyata keçirildiyi bildirilib. Dikeç həmçinin türk istehsalı avadanlıqların beynəlxalq yarışlarda istifadəsinin və yerli idmançıların bu avadanlıqlarla uğur qazanmasının vacibliyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью