Məşhur türkiyəli jurnalist Fatih Altaylı beynindən əməliyyat olunub

17.03.2026

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Məşhur türkiyəli jurnalist Fatih Altaylı beynindəki şiş səbəbindən əməliyyat olunub.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalist İsmail Saymaz məlumat verib.

Məlumata görə, Fatih Altaylının beynində aşkarlanan kütlə böyüyüb, bu səbəbdən də əməliyyat edilməsinə qərar verilib.

"Saat 7-də əməliyyata alındı. Uzun müddətdir beynində bədxassəli olmayan şiş var imiş. Həbsxanada olduğu müddətdə bu kütlədə böyümə aşkar ediblər. Kütlənin ölçüsü 2.5 santimetrə çatıb və beyninə təzyiq göstərməyə başlayıb", - deyə İsmail Saymaz bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью