Məşhur türkiyəli sənətçi Hande Yener xərçənglə mübarizəsindən danışdı

02.02.2026

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə Dünya Xərçəng Günü çərçivəsində keçirilən tədbirdə çıxış edən tanınmış pop müğənnisi Hande Yener xərçənglə mübarizəsindən və keçirdiyi əməliyyatdan danışıb.

Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, səhnəyə drenajlarla çıxdığını deyən məşhur sənətçi çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Hande Yener altı il əvvəl ona döş xərçəngi diaqnozu qoyulduğunu bildirib. O bu çətin prosesi böyük qətiyyətlə dəf etdiyini vurğulayaraq, xüsusilə erkən diaqnozun həyati əhəmiyyət daşıdığını qeyd edib.

Müğənni həyatında psixoloji baxımdan olduqca ağır bir dövr yaşadığını söyləyib. Onun sözlərinə görə, bu xəstəlik həyata baxışını dəyişib və bir müddət özünü dəyərsiz hiss etdiyini anlayıb.

Hande Yener döş xərçəngini özü aşkar etdiyini deyib. O, bir qədər arıqladığını görüb və dərisində sallanma olub-olmadığını yoxlamaq istəyərkən şişdən şübhələnib.

Bundan sonra müğənni dərhal həkimə müraciət edib.

Əməliyyat prosesindən danışan Hande Yener həkiminin tövsiyəsi ilə silikon implantların qoyulmasına razılaşdığını bildirib. O, çıxışı zamanı oğlunun, itinin və onu sevən insanların olduğunu xatırladaraq yenidən göz yaşlarını saxlaya bilməyib.

Müğənni əməliyyatdan sonra mükafatlandırma mərasiminə qatılmaq üçün təklif aldığını və tərəddüd etmədən bunu qəbul etdiyini söyləyib. O, mərasimə hazırlaşdığını, lakin yaşadıqlarını nə media, nə də kimsə ilə paylaşmadığını deyib. Hande Yener insanların bəzi həqiqətləri əvvəlcə özləri qəbul etməli olduqlarını vurğulayıb və məhz buna görə bu müddət ərzində susduğunu qeyd edib.

O, "Mor" mahnısına çəkilmiş klipin mükafatlandırma mərasiminə əməliyyatdan sonrakı drenajlarla qatıldığını, onları isə çiyin yastıqları arasında gizlətdiyini bildirib.

Hande Yener çıxışının sonunda sağlamlıq müayinələrindən mütəmadi keçməyin son dərəcə vacib olduğunu bir daha diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью