Məşhur ulduz aktrisalığı tərk etdi

16.04.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Amerikalı ulduz Kortni Henggeler aktrisalığı tərk etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, İnstaqram hesabından açıqlama verən 46 yaşlı aktrisa "Menecerlərimə zəng edərək davam etmək istəmədiyimi bildirdim. Artıq bu sistemin bir parçası olmaq istəmirəm" deyib.

Ulduz "Cobra Kai" serialında oynaya bildiyi üçün şanslı olduğunu desə də, içindəki səsin onu aktrisalığı tərk etməyə razı saldığını vurğulayıb.

Əvvəllər "Friends with Benefits, Kristin's Christmas Past ve Nobody's Fool" kimi filmlərdə rol almış Kortni Henggeler 2019-cu ildə “Into the Dark" serialında Anna obrazını canlandırıb.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью