Məşhur ulduz müflis oldu Malikanəsini satdı, əlinə bir qəpik keçmədi

13.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Son zamanlar maddi sıxıntıları ilə gündəmə gələn məşhur ulduz  Keti Prays 10 il əvvəl aldığı və saxlamaqda çətinlik çəkdiyi məşhur “çirkli” malikanəsini də satıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, borcu sözün əsl mənasında gücündən artıq olan ulduz bu satışdan bir qəpik də almayacaq.

Bu arada sözügedən malikanənin bağçasındakı dəbdəbəli avtomobillər ötən il ulduzun borcu müqabilində məhkəmə icraçıları tərəfindən götürülüb.

Etdiyi plastik əməliyyatlarla  tez-tez gündəmə gələn 46 yaşlı Keti Prays ays çirkli və baxımsızlığı ilə məşhur olan malikanəsini 1,5 milyon dollara satıb.
Amma o bu satışdan bir qəpik də  qazanc əldə etməyib, bütün pulu  vergi borclarına verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью