Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Fizika-Texnika İnstitutu (MFTİ) beynəlxalq sanksiyalar və elmi təcrid səbəbindən ciddi problemlərlə üzləşib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, universitetin 80 illiyi ərəfəsində dərc olunan araşdırmada Rusiya-Ukrayna müharibəsinin və Qərbin sanksiyalarının ali məktəbin elmi fəaliyyətinə təsirləri açıqlanıb.
Məlumata görə, MFTİ beynəlxalq elmi əlaqələrini itirir, xarici tədqiqatçılar isə universiteti tərk edirlər. 2020–2021-ci illərdə beş elmi bölmədə çalışan ən azı 577 tədqiqatçıdan 129-u 2026-cı ilin avqustuna qədər xaricə köçüb, daha 158 nəfər isə Rusiyada qalaraq başqa elmi mərkəzlərdə fəaliyyətini davam etdirib.
Universitet ABŞ, Avropa İttifaqı, Yaponiya, Böyük Britaniya və digər ölkələrin sanksiyaları ilə üzləşib. Bu məhdudiyyətlər elmi nəşrlərdə iştirak və beynəlxalq əməkdaşlığı da çətinləşdirib.
Bununla belə, universitet rəhbərliyi “Böyük Fizika-Texnika” layihəsi çərçivəsində yeni kampus və texnologiya mərkəzi yaratmağı planlaşdırır. Layihədə süni intellekt, robototexnika, mikroelektronika və digər texnoloji sahələrin inkişafı nəzərdə tutulur.
Araşdırmada qeyd olunur ki, universitet daxili dövlət dəstəyini qorusa da, beynəlxalq elmi əlaqələrin bərpası və kadr itkisinin qarşısının alınması əsas problemlər olaraq qalır.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin