Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məhkəmə-Hüquq Şurasının hakimlərlə bağlı intizam icraatı proseduru başlaması və sonda hansı hakimin cəzalandırılması barədə qərarına dair məlumatlar ictimaiyyətdən gizlədilir.
Qeyd edək ki, son bir neçə bu hal barəsində Gununsesi.info olaraq, özəl mənbələrimiz hesabına məlumatlar yaya bilmişik.
Məşhur vəkil Aqil Layic də Məhkəmə-Hüquq Şurasının qapalı qurum kimi fəaliyyətini tənqid edir.
Gununsesi.info bildirir ki, Aqil Layic mövzu ilə bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova sual da ünvanlayıb.
Həmin sualda deyilir:
“Hörmətli İnam müəllim!
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının verdiyi qərarların qapalı olması nə ilə bağlıdır? Fikrət Məmmədovun zamanında bütün qərarlar, o cümlədən intizam işləri ilə bağlı qərarlar açıq idi, hamıya çatımlı idi. Əgər ədalət mühakiməsi xalq üçündürsə, məhkəmə hakimləri publik funksiya daşıyırsa, bu qərarların qapalı olması, çatımlı olmaması hansı məntiqə xidmət edir”.
Afət Abbasova
Gununsesi.info