Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:”Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar.
Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:”İki saata yaxın araşdırma apardılar.
Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.