Məşhur vulkan püskürməyə başlayıb

10.03.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Amerika ölkəsi Qvatemalada Fueqo vulkanı püskürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində yerləşən Fueqo vulkanının ötən gecədən püskürməsi təxminən 300 ailənin təxliyəsinə səbəb olub: "Bölgədə yaşayan daha 30 min insanın da həyatı risk altına düşüb".

Məlumatda itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Xatırladaq ki, hündürlüyü 3763 metr olan “Fueqo vulkanı” Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir.

Vulkan 2018-ci ildə də püskürüb və təxminən 200 nəfər buna görə ölüb.

Zülfiyyə
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью