Məşhur YAP çı: “Mən heç özümü dolandıra bilmirəm...”

21.09.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bəzi deputatlar seçkiqabağı seçicilərin qarşısında "asıb-kəsirlər" ki, "yol çəkəcəyik", "körpü salacağıq", "təmir edəcəyik", "maaşları artıracağıq", "işsizləri işlə təmin edəcəyik", "pensiyaları yüksəldəcəyik", bir sözlə, yeni dövrdə yaşayacaqsınız”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə məşhur 91-lərdən olan, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca deyib. O, qeyd edib ki, həmin namizədlərdən soruşan olmur ki, bütün bu işləri necə edəcəksiniz:

“Görüm, cavab verə biləcəklər? Məsələn, deputatlığa namizəd olanda jurnalistlər məndən soruşdular ki, filan-filan işlərdən hansını görəcəksiniz? Cavab verdim ki, “heç birini”! Mən heç özümü dolandıra bilmirəm... pizza sifarişi

Aydındır? Deputatın bir işi olmalıdır: Xalqın rifahı naminə qanunlar qəbul etmək! Vəssalam!”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью