Məşhur YAP çı parlamentə çağırış etdi: Bəzi şərəfsizlər...

22.01.2026

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bir vacib məsələni sizlərlə bölüşmək istəyirəm və eyni zamanda, sizlərin də rəyiniz mənimçün maraqlıdır. Son zamanlar “süni intellekt“ məsələsi gündəmdə müsbətə doğru deyil, mənfiyə doğru irəlləməkdədir. Yəqin ki, sosial şəbəkələrdə tez-tez qarşınıza çıxır. Şəxsən mən düşünürəm ki, necə bu cib telefonları çıxdıqdan sonra pozğunluq, tərbiyəsizlik, cinayətkarlıq, boşanmalar, intiharlar, ailə dəyərlərinin aşağılanması və sairə ildırım sürəti ilə artdı, eyniylə “süni intellekt" də bizim həyatımıza bir çox mənfiliklər gətirir və gətirməkdədə davam edəcək".

Mia.az xəbər verir ki, bu sözləri keçmiş deputat, Naftalanın sabiq icra başçısı və YAP-ın tanınmış funksioneri Musa Musayev sosial media hesabında yazıb.

Onun sözləririnə görə, artıq  bunun işartıları görünür: "Düşünürəm ki, bununla bağlı düşünüb-daşınmaq lazımdır. Bu, mənfi meyillərin qarşısı mütləq hansısa yollarlasa alınmalıdır. Artıq xaricdən Azərbaycan dövləti və dövlətçiliyimizin əleyhinə təhqiredici amillər görünməkdədir. Həyəcan təbili çalmağın zamanıdır. Yoxsa gec olacaq. Bəzi xaricdə və daxildə olan şərəfsizlər bundan istifadə edib, yaramazlıqlarla məşğuldurlar. Aidiyyatı qurumlar və Milli Məclis bu barədə düşünməlidirlər!".

F.Əhməd

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью