Məşhur yapon karate ustası Azərbaycana gəlib

12.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Yaponiyalı məşhur karate ustası, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya Azərbaycanda səfərdədir.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, o, 32-ci ümumrespublika seminarının açılış mərasimində iştirak edəcək.

Kasuyanın rəhbərliyi ilə keçiriləcək seminar dekabrın 13-də başlayacaq və 3 gün davam edəcək. Açılış mərasimi sabah saat 09:30-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью