Məşhur yazıçı vəfat etdi

14.07.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İspaniyanın məşhur yazıçısı Luis Qoytisolo 91 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Kral Akademiyası məlumat yayıb.

Qurumun yaydığı məlumata görə, ədib Kataloniyanın Vimbodi bələdiyyəsində vəfat edib.

1935-ci ildə Barselona şəhərində dünyaya göz açan Qoytisolo, 1958-ci ildə yazdığı "Kənar" romanı ilə "Biblioteca Breve" ədəbi mükafatına layiq görülüb. Yazıçının yaradıcılığında "Elə həmin sözlər" əsəri və "Antaqoniya" tetralogiyası xüsusi yer tutur. Ədəbi fəaliyyəti ilə yanaşı, o, "El País" daxil olmaqla, bir çox İspaniya mətbuat orqanları ilə yaxından əməkdaşlıq edib. Qoytisolo 2013-cü ildə ispan ədəbiyyatı üzrə Milli Mükafatla təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью