Məşhur yazıçı zorlama ittihamlarına cavab verdi

15.01.2025

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Amerika tanrıları", "Karolina" kimi bestsellerlərin müəllifi Nil Qeyman ona qarşı səsləndirilən zorlama ittihamlarına cavab verib.

Kulis.az xəbər verir ki, səkkiz qadın yazıçının onları zorladığını bildirmişdi.

"Mən bu hadisəni dəhşətlə izləyirəm. Onları oxuyanda müəyyən məqamlar tanış gəlir. Amma həmin məqamlar yalan pərdəsi ilə örtülüb. Mən heç vaxt qarşı tərəfin razılığı olmadan heç kiminlə cinsi münasibətə girməmişəm. Heç vaxt", - Qeyman bildirib.

Qeyd edək ki, ittihamı səsləndirən qadınlardan biri onun oğlunun keçmiş dayəsi, qalanları isə yazıçının pərəstişkarıdır.

"Netflix"dən gələn zənglərə cavab vermək istəmir "Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı... Kerimcan həbs olundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью