Məşhur yazıçının əlyazması 286 min avroya satıldı

25.11.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

Yazıçı Frans Kafkanın hekayəsinin əlyazması və məktubu Hamburqda keçirilən hərracda 286 min avroya satılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, söhbət “Birinci bəla” hekayəsinin beş səhifəlik orijinal əlyazmasından və 1922-ci il mayın əvvəlində yazılmış üç səhifəlik məktubdan gedir.

Əlyazma və məktubu şəxsi kolleksiyaçı alıb, hərrac evi onun adını çəkmir.

Frans Kafka 1883-1924-cü illərdə yaşamış çex əsilli almandilli yazıçıdır. O, ədəbiyyatda absurdizm və modernizmin banilərindən biridir.


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью