Məşhur yazıçının əlyazması 286 min avroya satıldı

25.11.2024

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur yazıçının əlyazması 286 min avroya satıldı

Yazıçı Frans Kafkanın hekayəsinin əlyazması və məktubu Hamburqda keçirilən hərracda 286 min avroya satılıb.

Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, söhbət "Birinci bəla" hekayəsinin beş səhifəlik orijinal əlyazmasından və 1922-ci il mayın əvvəlində yazılmış üç səhifəlik məktubdan gedir.

Əlyazma və məktubu şəxsi kolleksiyaçı alıb, hərrac evi onun adını çəkmir.

Frans Kafka 1883-1924-cü illərdə yaşamış çex əsilli almandilli yazıçıdır. O, ədəbiyyatda absurdizm və modernizmin banilərindən biridir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью