Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milandakı Viktor Emmanuel II qalereyasında Moda Həftəsinin başlanğıcına həsr olunan illik "Vogue World: Milano" şousu keçirilib.
Axşam.az xəbər verir ki, tədbirdə bir çox məşhur simalar və moda sənayesinin nümayəndələri iştirak edib. Onların arasında Monika Belluççi, Cennifer Lopez, Pamela Anderson, Naomi Kempbell, Dakota Conson, Haydi Klum, Naomi Uotts, Siara, Anna Vintur, Hande Erçel yer alıb.
Bu il tədbirinin mövzusu "Gələcəyin əllə yaradıldığı yer" (Where the Future is Made by Hand) olub.