Məşhurlar tibbi müayinəyə belə aparıldı Video

25.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 24 nəfər tibbi müayinədən keçirilib.

Axşam.az xəbər verir ki, onlar arasında müğənni Özcan Deniz, aktrisalar Deniz Çakır və Burcu Özberk, iş adamı İzzet Özilhan da olub. Onlar tibbi müayinədən keçirilərkən kameraların obyektivinə tuş gəliblər. Məşhurların bəziləri görüntülənməmək üçün üzlərini gizlətməyə çalışıb.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 24-ü saxlanılıb, digər şəxslərin axtarışı davam edir.

Saxlanılanlar arasında Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, İzzet Özilhan, Murat Ceylan, Murat Başoğlu, Cansu Taşkın, İbrahim Yılmaz, Pınar Bent və digər tanınmış şəxslər var.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью