Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hollivudda “W Magazine” nəşrinin yeni gənclər jurnalı “WYouth”un təqdimatına həsr olunmuş dəbdəbəli gecə keçirilib.
OLAY yazır ki, tədbirdə jurnalın ilk üz qabığının qəhrəmanı Heyli Biber, Paris Hilton, Bruklin Bekhem və həyat yoldaşı Nikola Pelts, Demi Mur və Brüs Uillisin qızı Skaut Uillis, müğənni Çarli XCX və digər məşhur simalar iştirak ediblər.
29 yaşlı Castin Biberin həyat yoldaşı Heyli gecəyə cins şalvar və parıltılı kofta ilə qatılıb. Sadə, lakin diqqətçəkən tərzi ilə seçilən model tədbirin maraq doğuran qonaqlarından olub.
45 yaşlı Paris Hilton isə gecə üçün tamamilə qara geyim kombinasiyasına üstünlük verib. O, obrazını “Gucci” markalı çanta ilə tamamlayaraq özünəməxsus üslubunu nümayiş etdirib.
Məşhur simaların qatıldığı gecə həm yeni jurnalın təqdimatı, həm də ulduzların dəbli obrazları ilə diqqət çəkib.