Məşhurların Ceki Çanla görüşmək arzusu Fotolar

04.08.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, dünya şöhrətli aktyor Ceki Çan beynəlxalq "Tanrının Zirehi 4" ("Armor of God 4") filminin çəkilişləri üçün Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, aktyorun paytaxta səfəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi süni intellekt vasitəsilə Ceki Çanla birlikdə çəkilmiş kimi görünən fotolar hazırlayaraq paylaşıb. Həmin paylaşımlar arasında məşhurların da süni intellektlə hazırlanmış görüntüləri yer alıb.

Qeyd edək ki, Ceki Çan yeni ekran işində yenidən məşhur "Asiya Şahini" obrazına həyat verəcək. "Tanrının Zirehi 4" ("Armor of God 4") filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью