Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mel Qibsonun "Ehtiras: İsa Məsih" (“The Passion of the Christ”) filminin davamı olan “Məsihin dirilməsi” ("The Resurrection of the Christ") layihəsində başrol dəyişikliyi baş verib.
Kulis.az xəbər verir ki, ilk filmdə İsa obrazını canlandıran Cim Kavizel yerini finlandiyalı aktyor Yakko Ohtonene təhvil verib.
İsanın dirilməsi və incil mətnlərinə əsaslanan mistik hadisələri mövzu alan ekran işi hər biri iki saatlıq iki hissədən ibarət olacaq.
Qeyd edək ki, seriyanın birinci hissəsi 2027-ci ilin mayında, ikincisi isə 2028-ci ilin mayında kinoteatrlarda təqdim olunacaq.