Məsiyev Almaniya İtaliya görüşünə təyinat aldı

20.06.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı hakim Slovakiyada təşkil edilən U-21 yığmalarının Avropa çempionatının 1/4 final mərhələsində baş tutacaq Almaniya - İtaliya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçın baş hakimi isə litvalı Manfredas Lukyançukasdır. İyunun 22-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, ədalət təmsilçimiz daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью