Məsiyevdən 1 qırmızı vərəqə və 1 penalti

18.06.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı oyununu idarə edib.

İdman.biz xəbər verir ki, ədalət rəmsilçimiz Gürcüstan - Portuqaliya matçının baş hakimi olub.

Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı portuqaliyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Məsiyev oyunda qırmızı vərəqə və penalti ilə yanaşı, 5 sarı vərəqə də göstərib.

Qeyd edək ki, 3 turdan sonra 7 xal toplayan Portuqaliya lider kimi, eyni xala malik Fransa isə ikinci yerin sahibi kimi 1/4 finala yüksəlib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью