futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı hakim Elçin Məsiyev Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) oyununu idarə edib.
Futbolpress.az xəbər verir ki, görüşün əsas və əlavə vaxtı bərabərliklə başa çatıb – 2:2. Qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan şotlandlar 4:3 hesabıyla qələbə qazanaraq, mərhələ adlayıb.
Məsiyev bu matçda 4 sarı, 1 qırmızı vərəqədən istifadə edib. O, oyunun ikinci hissəsində Şotlandiya təmsilçisinin futbolçusu Maqnussonu meydandan qovub.
“Harts” Konfrans Liqasında əsas mərhələdə mübarizə aparacaq.