Məsiyevə UEFAdan növbəti təyinat

15.11.2024

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.
Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью