Məşq edərkən öldü Ölkə üzrə tanınmış şəxs idi VİDEO | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat verir. Braziliyada muzey rəhbəri idman zalında vəfat edib.
Milli.Az xəbər verir ki, Braziliyanın mədəniyyət xadimi və muzey rəhbəri, 55 yaşlı Ronald José Salvador Montenegro dekabrın 1-də Olindadakı "RW Academia"da baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.
O, "bench-press" məşqi zamanı avadanlığın əlindən sürüşməsi ilə yaralanıb və xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Hadisə polis tərəfindən araşdırılaraq təsadüfi qəza kimi qeydə alınıb.
Montenegro Olindanın nəhəng kuklalar ənənəsini qoruyan Palácio dos Bonecos Gigantes mərkəzinin rəhbəri idi və şəhərin məşhur karnaval irsinin yaşadılmasında əsas fiqurlardan sayılırdı.
Mədəniyyət mərkəzi onu yaradıcı, fədakar və ənənələrin qorunmasına böyük töhfə verən şəxs kimi təsvir edərək 5 dekabradək fəaliyyətini dayandırıb.
RW Academia da bəyanat yayaraq dərindən kədərləndiklərini və ailəyə dəstək göstərməyə hazır olduqlarını bildirib.
İsmayıl Milli.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu