Məşq zamanı ölən yeniyetmə ilə bağlı təcili yardımdan açıqlama

14.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 13-də saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub.

Globalinfo.az bildirir ki, mərkəzdən APA-ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью