Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir. UEFA Çempionlar Liqasında 5-ci tur davam edir.
İdman.biz xəbər verir ki, bu gün Avropanın əsas klub yarışında həftənin qalan 9 oyunu keçiriləcək.
Şübhəsiz, gecənin səbirsizliklə gözlənən oyunu “Liverpul” – “Real Madrid” qarşılaşmasıdır.
Bu, hazırda Çempionlar Liqasında xal itirməyən yeganə komanda və İngiltərə Premyer Liqasının lideri ilə ÇL-in son qalibinin görüşü olacaq.
“Liverpul” növbəti qələbəsini qazanmaqla 13 xalla 1-ci pilləyə yüksələn “İnter”dən liderliyi geri ala bilər. Təbii, bu, asan olmayacaq.
Düzdür, “Real”ın işləri yaxşı getmir, 6 xalla 21-ci yerdədir, amma məhz “Liverpul”a qarşı uğurlu seriyaya malikdir.
2009-cu ildə Çempionlar Liqasının 1/8 finalında iki dəfə İngiltərə klubuna məğlub olan (0:1, 0:4) madridlilər bu rəqiblə sonrakı səkkiz oyunda nəinki uduzmayıb, hətta iki dəfə finalda qalib gələrək kuboku qazanıblar: 2018-ci ildə 3:1 və 2022-ci ildə 1:0.
Ötən il “Dumanlı Albion”dakı son matçda da “Real” “Liverpul”dan aşkar güclü olub – 5:2.