Məşqçi kimi ÇL, AÇ və DÇ ni qazanmaq istəyirəm Xavidən iddialı açıqlama

08.03.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes məşqçiliyə mümkün qayıdışından danışıb. 

Fanat.Az xəbər verir ki, Xavi bu barədə "France Football" nəşrinə belə deyib: 

"Bütün təkliflərə açığam. Hətta İspaniya çempionatında başqa komandada, üstəlik Fransa çempionatında da işləməyə hazıram.  Əsas məqsədim titullar qazanmaqdır. Bir məşqçi kimi Çempionlar Liqası, Avropa və dünya çempionatının qalibi olmaq istəyirəm".

Xatırladaq ki, ispaniyalı mütəxəssis "Barselona"dan ayrıldıqdan sonra ötən yayından işsizdir. 

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью