Məşqçi kursları başladı | Icma.az
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kursları başlayıb.
Fanat.Az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 20-dən çox şəxs cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.
Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.
Qeyd edək ki, kurs üç gün davam edəcək. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu